|
2.12.05 21:34
Muğam
Şərgin ən qədim musiqi janrlarından olduğu üçün daima dünya
musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur. Qədim və
orta əsr şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr
əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir.
Bu mənada muğamın bir janr kimi tədqiqatı orta əsrlərdən başlayaraq bu
günə qədər aktual problem olaraq musiqişünasların araşdırdığı əsas mövzu
kontekstinə daxil olmuşdur. Əl-Kindi, Əl-Münəccim, Əl-Farabi, İbn-Sina,
Qş Şirazı, Əl-Əmuli və onlarca görkəmli alimlərin ayrı-ayrı dövrlərdə
muğam janrına dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər
yazması janrın daima aktual mövzu orbitində olmasına dəlil verir. Muğam
janrı Şərq xajqlarının mədəni həyatında,onların mənəvi dünyasının
formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi
salnaməsində dərin izlər buraxmışdır. Muğamların dərin etimad qazanması
aşağıdakı inkişaf istiqamətləri ilə sıx bağlı olmuşdur:
- Muğamların geniş xalq kütləsi arasında nüfuz qazanması.
- Bu sənətin professional ifaçılar tərəfindən qədim və orta əsrlərdə
saraylarda, geniş xalq kütləsi arasında inkişaf etdirilməsi.
- Muğamların poeziya ilə sıx əlaqədə ifa olunması və yaşadılması.
Muğamlar müxtəlif hadisələrdə əlaqədar yarandığı üşün onların emosional
təsir dairəsi də rəngarəng və bir-birindən fərqlidir.
Türklərin,ərəblərin, Romalıların, Hindlilərin, Gilanlıların, Kürdlərin,
eləcə də ayrı-ayrı şəxslərin-elm adamların, şahların, vəzir və
vəkillərin şairlərin, dərvişlərin və s. arasında böyük nüfuza malik
olamasına şəksiz dəlildir. Vokal-instrumental və instrumental muğamların
professional ifaçılar tərəfindən yaşadılması, eyni zamanda onların insan
psixalogiyasına, mənəviyyatına güclü təsir etməsi faktları muğam
janrının kamil və yüksək inkişaf səviyyəsini göstərir.
Orta əsr Şərq xalqları musiqisinin əsas aparıcı amili kimi muğam
janrının sirlərinin üzə çıxarılması, onların yaranma tarixinin və
elmi-nəzəri əsaslarının araşdırılması aktual problem olaraq qalmışdır.
Bu sahədə saysız-hesabsız məqalələrin,fundomental əsərlərin,not
kitablarının, səs yazılarının olmasına baxmayaraq muğam janrı hələ də
mükəmməl sürətdə öyrənilməmişdir. Muğamlar elmi məxəzlərdə Sasanilər
dövrünə qədər işlənsə də orta əsrlərdə muğam janrı haqda olan əsərlərdə
muğamların tarixi xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Məhz bu
janrın öyrənilməsi sahəsində mövcud çatışmamazlıqlar, vacib problemlər,
araşdırıcıların zəmin yaratmışdır.
Dünya alimləri muğamların geniş təhlilində əsas yeri ərəb, türk
məkamlarına və İran dəstgahına verməmişlər. Elmi-nəzəri təhlillər
göstərir ki, əksər tədqiqatlar mono-kultur, yəni məhdud bir region
çərçivəsində aparıldığı üçün bir tərəfli mahiyyət daşımışdır. Ona görə
də bir ölkə daxilində araşdırılan muğam janrı müəyyən spesifik
cəhətlərin, problemlərin, milli ifaçılıq ənənələrinin öyrənilməsi ilə
nəticələnmişdir. Muğamların geniş,qlobal şəkildə araşdırılması bir çox
faktların və elmi-nəzəri məsələlərin köıgədə qalmasına gətirib
çıxarmışdır.
Kitabda muğam janrı qlobal və regional şəkildə araşdırılır, onun
problemləri tarixi nəzəri aspektdən işıqlandırılır, qarşıya qoyulmuş
aktual məsələlərin həlli öz şərhini tapır.
1 MUĞAM, MAKAM, MAKOM VƏ YA MƏQAM ELMİ NƏZƏRİ KONSEPSİYASININ AÇIMI
Muğam sənəti Şərq, Asiya və bir sıra avropa əraziıərində yerləşən
xalqların məişətində geniş yayılaraq onların musiqi yaradıcılığında
unikal sınıy nəvü kimi son dərəcə güclü psixoloji-emosional təsir gücünə
malik olan musiqi janrıdır. O, eyni zamanda ifaçının ustalığından və
məharətindən asılı olaraq həcmcə və formaca asanlıqla dəyisilə
bilən, dialektə, qəzəlin metroritmik quruluşuna, məzmununa görə bu və ya
digər müxtəlif milli çalarları əzündə əks etdirən orijinal bir sənət
nümunəsidir ki, bir sıra xalqların mədəni inkişafında çox böyük,
əvəzolunmaz yer tutub. Muğam sənətinin məhz bu spesifik cəhətləri onu
Şərq xalqlarına sevdirmiş və doğmalaşdırmışdır. Ona görə də bu musiqi
janrından söhbət düşəndə haqlı olaraq Azərbaycan, türk, fars,
ərəb,uyğur,özbək və s xalqları muğamın onların doğma musiqi sənət
nümunəsi olmasını iddia edirlər. Muğam sənət növünün genezisinin,
modelinin öyrənilməsinə bütün dünya mütəxəssisləri tərəfindən çox böyük
diqqət yetirilir. Onu da etiraf edək ki, artıq bir çox ölkələrdə,
xüsusilə İranda, Azərbaycanda,Türkiyədə, keçmiş Sovet İttifaqında,
avropa və Ərəb ölkələrində, Amerikada bu sahədə taninmış alimlər
yetişmişdir. Lakin muğamın bir musiqi janrı kimi harada, kim tərəfindən,
nə vaxt yaranması, onun quruluşu, modeli haqqında əsaslı bir söz
deyilməmişdir. Muğam sənətinin tarixi haqqında əsasən İran, sonra isə
digər ölkələrin alimləri onun Sasanidlər dövründə böyük əhəmiyyət kəsbb
etdiyini, geniş inkişaf tapdığı qeyd etmişlər.Bundan başqa muğam
sənətinin soy kökü barədə elmə başqa faktlar məlum deyil. Tanınmış ərəb
musiqişünası H.H.Tuma yazır ki,makamı (muğam və s.İ. R.)
müəyyənləşdirmək ötrü üç ərazi boyu türk, İran, ərəb zonalarında onun
daxili strukturunu bu ərazilərin mədəniyyəti üçün müştərək olan
elementləri, cəhətləri öyrənmək lazımdır.Muğam sənətini öyrənmək üçün
ilk növbədə aşağıdakı cəhətlərə xüsusi diqqət yetirmək lazımdır:
1. Muğam (makam)
sənətinin quruluş modeli,lad və melodik xüsusiyyətləri öyrənilməlidir.
2. Muğam
sənəti başqa musiqi sənət növləri, həminən başqa xalqlarda mövcud olan
anoloji sənət nümunələri ilə qarşılıqlı sürət öyrənilib təhlil
edilmılidir.
3. Muğam
sənətinin genezisi,adlanır soy kökünün mənası təhlil olunmalıdır.
4. Muğam
sənəti şərq musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi
öyrənilməlidir.
5.
Muğam-məqam konsepsiyasıöz təhlilini tapmalıdır.
6. Muğam
sənəti ərazi baxımında, tarixi hadisələrin xronologiyalaşdırılması
zəmində,dövrü etaplara, mərhələlərlə öyrənilməlidir.
Digər yalnış bir nəzəriyyə də tədqiqatçı alimlər arasında
geniş yayılmışdır. Bu hər şeydən əvvəl muğam sənətinin ərəb-fars musiqi
sisteminə əsaslanması nəzəriyyəsidir. Qərb, Rus və Şərq ölkələrinin
alimləri orta əsr musiqi traktatlarının əksəriyyətinin ərəb, fars
dilinində yazıldığını gördükdə,bu əsərləri bütövlükdə mexaniki olaraq
əarəb və fars musiqisinə şamil etmişlər. Ona görə də əksər tədqiqatçılar
arasında belə bir fikir yaranmışdır ki, bütün xalqlarda mövcud olan
muğam sənəti ğrəb və fars musiqi sisteminə əsaslanır. Bu fikrin yalnış
olması və Azərbaycanda bizim eranın VI əsrındə Ərdəbildə muğamların
çalınıb oxunması sübut etdi ki, muğam sənəti ərəb ölkələrində
yayılmamışdan əvvəl İranda, Azərbaycanda mövcud olmuşdur.
Uzun illərdir ki, istər qərb, istərsə də Şərq elmində bir sözün mənasını
araşdırarkən nədənsə o saat ərəb-fars dilləri lüğətinə müraciət olunur
və qarşıya qoyulan suala məhz bu mənbələrdə izah axtarılır. Qeyd edək ki,
məqam sözü elmi mənbələrə VII əsrlərdən sonra daxil olmuşdur. Digər
tərəfdən, VI əsrdə, hətta ondan qabaqkı dövrlərdə İranda,Sasanilər
hakimiyyəti vaxtında böyük mədəniyyət olmuşdur.
Iran tədqiqatçıları verdiyi məlumata görə sasanilər dövründə muğamlar
dösgah formasında ifa olunardı. Tarixi sənədlərdən məlumdur ki, Ərəb
İslam dilinin yaratdıqdan sonra Şərq-Asiya ölkələrinə yürüşlər edərkən
öz dinlərini bu ölkələrə yayırdılar kimi, onların mədəni nailiyyətlərini
də əks edib ğz ölkələrində yaymağa başladılar. Tanınmış ərəb
musiqişunası H.h.Tuma bu xüsusda yazır ki, ərəblərin musiqi həyatı və
musiqğ praktikası haqqönda ən qədim məlumatlar b.e VI əsrə-islam
dövründən 100-150 il əvvələ təsadüf edir. Bu misalın özü sübut edir ki,
soy kök etibarı ilə Ərəb musiqi mədəniyyəti İslamdan sonra formalaşıb
inkişaf etmişdir. Bu mənada ərəblər İranda 300 nəfər. Sonrakı dövrlərdə
də 200-ə yaxın ustad sənətkarları: ifaçıları, xanəndələri, rəqqasları öz
ölkələrinə aparmışlar. Bunların içərisində Azərbaycan-türk musiqiçiləri
də olmuşdur. Əl-Məsudinin verdiyi məlumata görə İslam dövründən əvvəl
Ərəbistanda tanınmış şair və musiqiçi olan nadir bir əl-Xəris əl
Kəldə(622-ci öldürül). İraqdan xosrov Pərvizin(590-6280 yanına gəlmiş və
onun sarayında ud çalmağı və oxumağı öyrənmişdir. Sonra isə o, Məkkəyə
qayıdaraq mənsud olduğu əhalini də bu sənətə öyrətmişdir.
VII əsrindən qabaq və sonra Ərəb ölkələrinə yayılan İran mədəniyyəti
içərisində muğam sənəti də mövcud olmuşdur. Hətta, Ərəb ölkəsində
yaşayıb yaradan, mənşecə iranlı olan istedadlı musiqiçi İbn Şırin “avaz”
musiqi sənət növünün yaradıcısı kimi sənətsevərlər arasında böyük
hörmətlə qarşılanardı. İslam dövründən qat-qat əvvəl İran ərazisində
intişar tapmış muğam sənətini bir neçə əsr sonra(makam) ərəb adı ilə
adlandırılması özü göstərir ki, muğam sənətinin genezisi ərəb dünyası
ilə yox, məhz İran ərazisi ilə bağlı olmuşdur. Sözsüz ki, İranda
muğamların öz adı mövcud olmuş, sonradan isə ərəblər onu qəbul
etmişlər.Müəyyən dövr keçdikdə bu ad onların dillərinin,dialektlərinin
qanunauyğunluqları zəmində dəyişilmiş və bu günkü məqam, makam şəklində
bizə gəlib çatmışdır. Bu mənada muğamın məqamın məqam məfhumundan yox,
başqa bir sözün etimoloji əsasında yarandığı ehyimalı meydana çıxır.
2 MUĞAM SƏNƏTİNİN ETNİK SOY KÖKÜ
Tanınmış tədqiqatçıların F. Karomatov və Y. Elsner belə hesab edilər
ki, makam termini musiqi traktatlarında ilk dəfə XIV əsrdə Əl-Şirazinin
(ölüm tarixi 1311) əsərində işlədilmişdir. Bu terminin daha qədim olması
ehtimalı da onların məqaləsində öz əksini tapmışdır. Daha sonra
Səfiəddin əl-Urməvinin “Kitab əl ədvar” (“Dövrlər haqqında kitab”)
əsərinə istinadə bu iki alim yazır ki, musiqiçilər bir qrup musiqi
dövrlərinin şədd (cəm halda şüdüd), digərlərini isə avaz
adlandırırlar. Elə musiqi dövrləri də mövcud idi ki, onların xüsusi adı
olmadığından mürəkkəbad adlandırırdılar.
Bizim eradan çox-çox qabaq və sonrakı dövrlərdə İran ərazisində əsas
etibarı ilə cəmiyyətin sayına görə əksəriyyət təşkil edən iki
xalq-Azərbaycan türklərinin və Pars-farslarının geniş fəaliyyətləri
olmuşdur. İstər ölkənin idarə olunmasında, istərsə də mədəniyyətin
inkişaf etdirilməsində bu iki xalqın öhdəsində daha çox məsuliyyət
düşmüşdür. Tarixi sənədlərə müraciət etsək gərərik ki, Əhəmənilər,
Sasanilər və ondan qabaq Manna, Midiya və Şumer dəvrlərində böyük musiqi
mədəniyyəti olmuşdur. Bir çox tarixi mənbələr, o cümlədən “Avesta” da
verilən məlumatlara görə Ariyalılar İran ərazisində Orta Asiyadan gəlmiş
və orada yerli əhali ilə qarışmışdır.
Tarixi sənədlər göstərir ki, Şərqdə çox böyük,nüfuzlu bir dini təlimin
banisi və “Avesta”nın müəllifi Zərdüşt özü Muğtayfaların nümayəndəsi
olmuşdur. Ərəb müəlliflərindən Bələzuri Zərdüştün Urmiyə şəhərindən, İbn
Xordadbəy Zərdüşt şəhərindən (Cənubi Azərbaycan Neriz ilə Səlməs
şəhərlərinin yaxınlığında) olduğunu göstərmişlər. İran mənbələrində qeyd
olunur ki, Zərdüşt kahinləri əsasən Muğlardan ibarət idi və onlar xalq
arasında, xüsusilə saraylarda böyük nüfuza malik olmuşlar. Qədimdə İran
şahları tacqoyma mərasimləri zamanı Mədənidən piyada Azərgəşəsb
atəşgedəsinə gələrmişlər. Muğlar İranın kim tərəfindən idarə
olunmasından asılı olmayaraq bütün ölkədə, həmçinin şərqdə böyük təsir
dairəsinə malik olmuşlar. İyirmi bir hissəli “Avesta” əsərinin IV
hissəsi kosmoqonik səciyyə daşımış, V hissə isə astronomiyadan bəhs
etmişdir. Eyni zamanda muğların musiqi ilə də məşqul olması qeyd olunur.
Məntiqi baxımdan buradan belə bir fikir meydana çıxır ki, orta əsr
traktatlarında musiqinin kosmoqonik izahı, yəni ayrı-ayrı muğamların
ulduzlarla və diğər planetlərlə üzvü əlaqədə verilməsi hələ bu dövrdə
geniş tətbiq olunurmuş. İlk mənbə kimi musiqinin kosmoqonik izahlı öz
kökünü qədim Şumerlilərdən b.e. əvvəl III minillikdən götürməsi elmə
məlumdur.
B.S. Vinoqradov qeyd edir ki, Zaks Kurta istina edərək yazır ki, bu
sənədləri hərtərəfli və dəqiq araşdıran musiqişünaslar belə bir qənaətə
gəlirlər ki, “ən qədim mütəşəkkil və sistemləşdirilmiş musiqi
nümunələrinə şimerlilər və misirlilər malikdilər. Bizim eradan əvvəl III
minillikdə yazılmış şumer mətnləri ənənəvi musiqinin olmasının tam sübut
edir. Zaks Kurt isə qeyd edir ki, b.e əvvəl II-III min il qabaq qədim
Şərqdə stabil natural oktava, kvarta, kvinta
struktur elementlərini müəyyənləşdirən pentatonika və yeddi
pilləli ladlar işlədilirdi. Qeyd etdiyimiz faktlardan belə bir real
məntiq irəli gəlir ki, Muğların Muğanda çalıb oxuduqları şifahi ənənəvi
prşəkar musiqi, havalar öz soy köklərini inkişaf etmiş, formalaşmış,
real zəmin əsasında məhz Şumer mədəniyyətindən alır. Şumer
mədəniyyətinin də türk tayfalarıilə bağlı olması haqqında çoxlu mənbələr
var. Hətta, Şumer dilində olan “arpa”, “saman”, “su”, “qarış” “qanun”,
“un”, “tanrı” və s. bu kimi 60-a yaxın sözün məhz Azərbaycan-türk
tayfalarının dili ilə bağlı olmasını bir çox tədqiqatçı alimlər sübut
etmişlər.
Muğam dəstgahının şəbə və güşələrinin ayrı-ayrı havalardan ibarət olması
nəzəriyyəsi də diqqət yetirək. Sənədlərdən məlum olduğu kimi Xosrov
Pərvizin sarayında Barbəd 100 ahəng bəstələmişdir. Bu ahənglərin,
havaları 30-u haqqında Nizami Gəncəvi, Firdovsi və başqaları geniş
məlumat verir.
Muğamlar müəyyən hadisələrlə əlaqədar yaranıb. Bunlardan: Şah xətai,
Xosrovanə, Bayatı-Qacar şahıarın şəninə, Novruze-Kuçek, Novruze-Xara,
Sale-Novruz, Novruz-rəvəndə Novruz bayramı ilə əlaqədar, bayatı-Əcəm (Əcəm
qədimdə iranlılara deyilirdi . Bayat isə türk tayfalarıdır ki, Cənubi
Azərbaycanda yaşayırlar-İ.R.) Bayatı-Kürd, ovşarı (həm ərazi adıdır, həm
də Əfşar türkdilli tayfalarıdır), Bayatı-İsfahan, Bayatı-Şiraz, Şüştər,
Şəhər adları İraq, Azərbaycan ölkə adı və s. ilə əıaqədar yaranmışdır.
Göstərilən misallar sübut edir ki, muğamlar ayrı-ayrı hadisələrlə
əlagədar yaranmış müxtəlif havalardan ibarət olub, mənşəcə professional
musiqi sənət nümunəsidir. Yuxarıdakı misallar bir daha göstərir ki,
Muğan ərazisi ilə əlaqədar Muğan havalarının yaranması da tam qanuna
uyğundur.
Muğamların emosional təsiri baxımından Nizami Gəncəvinin yuxarıdakı
şerini təhlil etsək, yəni “Mən binəvanı o hava ilə əzizlə və havanı
daha da qızdırır, həmçin, Müğənni. O qədim havanı cal, Mənə bu dastanı
yazmaqda kömək et” misralarına diqqət yetirsək görəcəyik ki, sözün əsl
mənasında qeyd edilən bütün parametlər muğamın muğan havası olmasına
dəlilverir. Əgər bütün deyilənləri bir əsas kimi götürsək nəticə etibarı
ilə deməliyik ki, Muğam. Mukam, Makam, Makom kök etibarı ilə eynidir o,
öz soy kökünü muqların sənnətindən muğandan götürür.
Muğam sənəti sinkretik bir sənət növüdür. Bura başqa musiqi janrlarının
melodiyaları, metro-ritmik xüsusiyyətləri tarixin müxtəlif mərhələrində
daxil olmuş və bu sənət növünü daha da zənginləşdirmişdir. İstər İran
Dəstgahlarını, istər Azərbaycan muğamlarını, istərsə də digər xalqlarda
məvcud olan bu sənət nümunələrini qarşılıqlı sürətdə təhlil etsək
görərik ki, muğam janrının musiqi materialında aşıq sənət nümunələri
şoxdur. Həm melodik baxımdan. Həm lad, metro-ritmik xüsusiyyətlər, həm
də adlara görə aşıq yaradıcılığına xas çoxluğu ümdə cəhətlər muğamlara
sirayət etmişdir. Məs.: “Keşiş-oğlu”, “Qaraçı” (Qəraçə) “Ovşarı”, “Heratı”,
“Koroğlu” və s. bu kimi adların muğam sənətində mövcud olması buna gözəl
sübutdur.
Aşıq sənət növünə gəldikdə isə mübaliğə etmədən deyə bilərik ki, bu
sənət tarixən türk xalqlarından geniş yayılmış və indı də öz hegemon
mövgeyini bu xalqların musiqi yaradıcılığına saxlayır. Göstərilən bu
dəlil sübut edir ki, muğam sənətinin tarixi kökü türk tayfalarının kökü
ilə söx bağlıdır. Dünyanın bir çox arxeolaq və şərqşunas alimləri də öz
əsərlərində b.e. əvvəl VI-III minillikdən bəri bir dövrü götürsək İranın
Urmiyə gölünün ətrafında qədimlərdə ən böyük mədəniyyət olmasını etiraf
etmişdilər. Bu baxımdan bizim irəli sürdüyümüz yeni elmi nəzəri
konsepsiyası özünü doğruldur. |