|
Azərbaycan
DILI
Dünyanın
ən qədim relikviyası.
Dil millətin tarixinin əsas nəticəsi, mədəniyyətinin birinci amili,
ləyaqətinin
göstəricisidir. Dil – müqqəddəs milli sərvətdir.
Şimal buzlu okeanından Misirə, Mesopotamiyadan Böyük Çin səddinə, Sakit
okeandan Qərbi Avropaya qədər üç qitənin min illər ərzində sakinləri və
sahibləri olan türklər dünyanın və tarixin supermilləti, 110 dövlətçilik,
o cümlədən 15 imperiya yaratmış türk xalqları sumer (şumer)dən başlayan
dünya mədəniyyətinin, müxtəlif ləhcələrdə böyük türk dilinin yaradıcısı
olublar.
Burada mən Azərbaycan türk xalqının azərtürk dili barədə qısa şəkildə
mütəxəssislər üçün yeni məlumatı verməyə çalışacağam. Azərtürk dünya
tarixinin ən qədim, sumer əsaslı dili, öz qrammatikasına görə dünyada ən
təkmil, fonetik ahənginə gorə – qeyri-adi gözəlliyə malik dildir.
Azərtürk dilinin misilsiz, fenomenal xüsusiyyətləri əyani göstərir ki,
dil peyda olaraq təbii surətdə inkişaf edən, zaman, zəhmət və qeyrət
amilləri sayəsində təkmilləşən, canlı orqanizmə bənzər bir varlıqdır. O,
əvəzolunmazdır süni üsulla hər şeyi «təkmilləşdirmək» olsa da, dildə bu,
mümkün deyil. Dili «düzəltmək» - emallı mebeli balta ilə yonub «hamarlamaq»
kimi bir əməldir.
Dilə əl qaldıran alimdirsə – kəmsavaddır, hökumətdirsə – düşməndir.
***
Mən üç dili mütəxəssis səviyyəsində bilirəm. Daha dəqiq desək, azər (türk
dilləri qrupu), rus (slavyan qrupu) dillərini yazıçı səviyyəsində, alman
(roman-german qrupu) dilini isə mühazirəçi səviyyəsində mənimsəmişəm.
Bir neçə digər dillə də tanışam. Əlavə olaraq mütəxəssislərlə
məsləhətləşmişəm. Qənaətim belədir: azər – türk dili ilə, ilk növbədə
onun qrammatikasının təkmilliyinə görə, hansısa bir dil – istər ölü,
istər diri – müqayisə edilə bilmir.
Uzun zaman İsfahanda yaşamış avropalı tədqiqatçı Rafael Dü Man yazıb: «Yunan
və latına bəzən qanundan kənara çıxmaq xasdırsa, türk dilində hər şey
vahid qaydalara tabedir».
Azərtürk dilində hər qrammatik qanun üçün yalnız bir hal, bir qayda var
və hansısa digər xüsusi hal, istisna yoxdur. Bu, fenomendir! Bunu biz
dünyaya bildirməliyik! Bunu, məsələn, Avropa filoloqu başa düşər, amma
buna inanmaz. Axı bu, idealın özü deməkdir!
Azərtürk dilinin leksikasının zənginliyi, birmənalılığı, fonetikasının
incəliyi, morfologiyasının musiqiliyi də (ahəng qanunu, incə saitlərin
italyan dilindəkindən də çox olması, samitlərin ikiləşmə, üçləşmə
hallarının yox dərəcəsində olması və s.) fenomenaldır, təkrarolunmazdır!
Dilin qədimliyinin bir əlaməti də çox işlənən, həyatı, yəni ən qədim
dövrdən məlum olan istilahların, sözlərin birhecalı olmasıdır. Azərtürk
dili bu xüsusiyyət üzrə də misilsizdir – ən çox işlənən adi, həyati
sözlərin böyük miqdarı birhecalıdır. Bu əlamət həm də dilin təkmilliyi
və səmərəliliyi amilidir. Misallar gətirək.
Bədən hissələri: əl, üz, göz, qaş, diş, qol, qıç, diz, baş, tük, saç,
can, yan, bel, döş, bud...
Digər həyatı sözlər: gün, ay, güc, yaz, yay, qış, il, əsr, yaş, at, nal,
it, yal, quş, gül, daş, su, qar, buz, od, ot, süd, ət, mət, duz, düz,
dərd, qəm, cəm, yol, yel, yer, yem, iş, güc, şah, tac, saz, qaz, biz,
siz, bel, ox, tox, hə, yox və i.a.
Fellərin əmr forması: gəl, get, al, ver, yaz, poz, üz, cır, at, yat,
tap, qap, bas, təb, çap, qaç, dart, yırt, sal, qal, ört, aç, süz, düz,
tut, çap, qaç, qur, eş, deş, əz, biç, tik, çək, yar, səp və i.a.
Bu faktı mən sumerlərin hamıdan əvvəl dünyaya gəlmələri, ilk dili
yaratmaqları ilə izah edirəm və Tanrıdan onlara əbədi rəhmət diləyirəm.
Heç bir əcdad öz nəvələrinə bu qədər qiymətli və əbədi sərvət qoyub
getməyib. Bunu biz fəxrlə hamıya bildirməliyik.
Bu təkmillik, qanunauyğunluq, incəlik necə, nəyin sayəsində yaranıb?
Zamanın, istedadın, zəhmətin? Yəqin, hər üçünün. Amma dil üçün əsas amil
zamandır.
Tarix elminə məlum olan ən qədim yazılı (!) mədəniyyət abidələri
sumerlərə məxsusdur. Onlar 10 - 12 min il bundan əvvəl gil lövhəçiklərdə,
bəşərin ilk - mixi əlifbası ilə öz kitablarını yazıb, qoyub gediblər.
Sumer mədəniyyətini öyrənənlər, sumeroloqlar onillərlə, ənənəvi surətdə
yəhudi millətinin nümayəndələri olublar. Onların əsas məqsədləri
sumerlərin semit xalqlarının əcdadı olduğunu sübuta yetirmək olub. «Sumer»
sözünün «Şumer» - ə çevrilməsi də onların səhvidir (yəhudilər «s»
əvəzinə «ş» deyirlər). Gəlin bu gündən klassik «şumeroloq»-ların səhvini
düzəldək: «şumer» əvəzinə sumer deyilməlidir. Sonralar bu sahəyə digər
millətlərin alimləri də gəldi və həqiqət açılmağa başladı.
Sumer dili barədə alman alimi Q. Vinkler yazır: «Dünyanın bu birinci
dili haqda bizdə ilk rəy yaranıb. Bu dil öz əsas əlamətlərinə görə türk
dillərinə uyğun gəlir və semit dillərindən tamamilə fərqlidır».
Fransız alimi E. Reklu: «Mixi yazı dilində İran və semit dillərinə uyğun
xətlər qətiyyən yoxdur, əksinə, Turan və Ural-Altay dilləri ilə qohumluq
var».
Rus alimi L.Reder: «Şumer dili xüsusi bir dildir... Öz qohumluğuna ğörə
o, hər şeydən artıq türk dilləri ilə müqayisə edilə bilər».
Nəhayət, keçən əsrin axırlarında sumerologiyaya azərtürk də gəldi. İndi
ABŞ-da yaşayan biofizik, professor Tariyel Vəli Nüvədili etnoqrafiya,
sumerologiya ilə dərindən maraqlanaraq bu sahəyə uzun illər sərf edib.
O, yüzlərlə dil lövhəciklərindəki mixi sumer yazıları üzərində apardığı
tədqiqat sahəsində tam şəksiz, təkzibedilməz nəticəyə gəlib.
Professor Nüvədilinin ABŞ-da nəşr etdirdiyi «Əcdad» adlı fundamental
kitabı haqda bu yazıda geniş məlumat verməyə imkanımız yoxdur. Mən
yalnız 100 əsr (!) ərzində qətiyyən dəyişməmiş bəzi sumer-azərtürk
sözlərini misal gətirirəm: baba, nənə, gen, uzun, arpa, saman, su, horra,
qarış, kəllə, bəri, qullab, ən, kür... Azca dəyişmiş sözlər: ada (ata),
ama (ana), tibir (dəmir), qaş (quş), uç (üç), tuş (düş) və s.
Sumer yazılı abidələrindən isə yalnız bir nümunə gətirək. İstanbulda,
Qədim Şərq yaradıcılığı muzeyində bir sumer heykəlciyinin aşağı yarısı
saxlanılır. Məlum olub ki, Parisin Luvr muzeyində saxlanılan yarım
heykəlcik onun yuxarı yarısıdır. Hər iki parçanın şəkillərini
birləşdirərək professor Nüvədili heykəlcikdə həkk edilmiş mixi yazının
tam mətnini oxudu. Qeyd edək ki, bu heykəlcik 6 min il bundan əvvəl
yaşamış sumer hökmdarı Şulqanın dövrünə aiddir.
Heykəlcikdə əlində piyalə bir kişi təsvir edilir. İnsan fiqurunun arxa
tərəfində isə bir it başı həkk edilib. Heykəlciyin üstünə mixi hərflərlə
sumer dilində yazılıb:
İç əlümdümü ki, a(ğ)lın kirşu qalu?
Qalanu şu (ö)lgin itə yala qalu
Gəl uri ki, mal gəliki
Ən çiki urigen
Am tilənisə amuna aru
Mətnin azərtürk «tərcümə»si:
Əlimin içidimi ki, a(ğ)lın qırışı qalı
Qalanı bu (ö)lü itə yala qalı,
Gəl ver ki, mal gələr
Ən kiçiyi verginən,
Hamı dilənirsə, hamının ardınca get.
Bəli, sumer mətni – bizim bugünkü azərtürk dilimizdir! Amma təbii ki –
6000 il ərzində müəyyən qədər dəyişikliyə uğrayıb.
Buradan aydın görünür ki, şəksiz olaraq sumer dili – türk dilinin, daha
dəqiq – müasir azərtürk dilinin əcdadıdır.
Bu kəşfdir, böyük kəşf! Müəllifi Tarıyel Nüvədili – azərtürkdür.
Professor Nüvədili millətə müraciətlə yazır: «Əsəbiləşmə, hirslənmə.
Sakitcə işlə və əgər sən bu gün daş dastanları asan yayıla bilən kağız
dastanlara tərcümə eləsən, onda ayağa qalxan ölməz həqiqət özü hər şeyi
deyəcək».
Tanınmış filoloq İsmayıl Vəliyev sumer dastanı «Bilqamıs»ı azərtürk
dilinə tərcümə edib.
Beləliklə, sumer dilinin türk dillərinin əcdadı olduğunu onların
leksikası, qrammatikası bilavasitə sübut edirsə, bunu indiki azərtürk
dilinin görünməmiş təkmilliyi, əlavə olaraq, dolayısı yolla təsdiq edir.
Dilin təkamülündə ikinci böyük amil dövlətçilik olur. Azər xalqına və
ümumiyyətlə türk millətinə «yer tapmayan», onların haradan və nə vaxt
gəlmələri «problemləri» üzərində baş sındıran, uydurma «əsərlər» yazan,
ermənilərin və onların muzdlu xidmətçilərinin siçovul «zəhməti» hədərdir.
Məsələn, erməni ideologiyasını Azərbaycanda yaymaq «problemi»ni həll
eləyənlər sübut etməyə çalışırlar ki, osmanlı türkləri və azərtürklər
başqa-başqa millətlərdir, Cənubi və Şimali azərbaycanlılar da iki
müxtəlif millətlərdir, «Ermənistan» erməniləri isə nə azəridirlər, nə
türk – onlar da bir başqa millətdirlər.
Beləcə çaqqal fili yemək üçün istəyir ki, onu şir pələng parçalara
ayırsın – Amerika və Avropanın beyninə türkü parçalara ayırmaq «ideyası»nı
yeritməyə çalışır.
Türklər göydən gəlməyiblər, hərçənd göy türklər də olub, burada, həmin
bu Yer planetində, onların imperiyasının sahəsi 10,5 milyon kvadrat
kilometrə bərabər olub! Gedin tarixi oxuyun.
Türklər supermillətdir və onlarla müqayisə edilə biləcək başqa bir
millət yoxdur – bütün müsbət amillərə və cəhətlərə görə.
Elmi, yazılı(!) tarix sumerlərdən başlayır. Bu, o demək deyilmi ki,
sumerlər bütün xalqların əcdadıdır? Doğrudur, sumer dilini ən yaxşı
saxlayan, sumerin doğması azərtürk xalqıdır və buna görə azərlərin fəxr
eləmək haqqı hamıdan çoxdur. Fəqət digər xalqlar da bəşəriyyətin əcdadı
sumer-türklə fəxr edə bilər. Macarlar, axır ki dedilər: «Əcdadımız
türk-hunlardır və biz bununla fəxr edirik». Sumerdən gələn gözəl «ə»
səsimizi saxlamış qardaş macarlar böyük türk hökmdarı Sultan Suleymana
abidə ucaltdılar. Norveçlilər və isveçlilər də axır ki, türk əcdadlarına
tapındılar, Tur Heyerdalın sayəsində.
Elmə məlumdur ki, rusların da əcdadı isveçlilərdir, deməli ruslar da
türk nəslindəndir. Bolqarların da türk tayfası olduğu elmi faktdır.
Kürdlər, ukraynalılar, kazaklar, həmçinin, vaxt gələcək, yüksək
mədəniyyətli və dərrakəli macar xalqı kimi, hamı öz türk kökünü
tanıyacaq, bununla fəxr edəcəkdir. Kənarda qalan, görünür, təkcə cır
erməni olacaq.
Azərtürklərə gəlincə, bu xalq da ulu türk millətinin bir qoludur və
tarixdə «Kiçik Asiya ilə Qafqaz sıra dağları arasında yerləşən ərazinin
sahibi» kimi özlərinə yer tutublar. Azər (aser) adı ilə tarix elminə 6
min il əvvəldən məlum olan bu xalq barədəki bu faktı yazılı skandinav
saqasına və öz elmi tədqiqatlarına əsasən əsrimizin böyük alim-səyyahı
Tur Heyerdal da təsdiq edib.
İndi Bakıda azərtürk sözlərini anadolu «türk» sözləri ilə əvəz eləməyə
başlayıblar.
Əvvəla, qeyd etmək lazımdır ki, indiki anadolu – türk dili bir o qədər
də türk dili deyil. Bu dildə «islahat» aparılıb. Kim aparıb? Erməni...
Erməni nə məqsədlə bu işdən yapışıb deyə bilmərəm. Fəqət nəticə yamanlıq
olub.
Erməni təhrikçi-«islahatçısı»nın bəhanəsi nə olub? Onun türk beyinlərinə
yeritdiyi «ideya» türk dilini ərəb, fars sözlərindən «təmizləmək» olub.
Bunun isə yalnız əsassız və faydasız deyil, həm də dilə vurulan ağır
zərbə olduğu türkün ağlına gəlməyib. Peyğəmbərimizin, müqəddəs
Quranımızın qonşu müsəlman farsın sözlərini (şahların əməlinə görə
millət və dil günahkar hesab edilə bilməz!) kənarlaşdırmaq nə verir?
Bəlkə bu millətlər kirə istəyirmişlər?
Ərəblər, farslar özləri, bütün digər millətlər həmçinin, başqa dost,
hətta düşmən millətlərdən sözlər, qrammatik qaydalar və s. götürür,
bundan faydalanırlar. Məsələn, farsların türk dilindən götürdüyü
yüzlərlə sözün fars dilində istifadəsinin tədqiqatı barədə Durdanə xanım
Rəhimova «Müasir fars dilində azərtürk sözləri» adında 150 səhifəlik tam
bir kitab nəşr etdirmişdir.
Rus dilinin lüğət tərkibinin 80 faizə qədəri başqa dillərdən, o cümlədən
türk dilindən alınmadır; idman islahatları – ingiliscədən, musiqi –
italyancadan, salon-məclis – fransızcadan, texnika-sənaye – almancadan,
dəniz – hollandcadan, məişət terminləri – türkcədən və s. götürülüb.
Banya, uksus, şuba, sneq, sup, hətta mama, papa rus sözləri deyil. Türk
dilindən elə yalnız məşhur rus soyadlarının kökünü təşkil edən 300 sözün
şərhinə N.A.Baskakovun 280 səhifəlik kitabı həsr olunub. Buna baxmayaraq
hamı rus dilini «böyük dil» adlandırır.
Dilimizə təbii surətdə daxil olmuş, doğmalaşmış, mənalı, nəfis fars və
ərəb sözlərini nəyə görə kənarlaşdırmalıyıq? Və onların əvəzinə
erməninin uydurduğu, çox halda gülməli (və ağlamalı...) əldəqayırma «sözlər»i
dilimizə daxil etmək bizə nə verir? «Çap» sözünü «basım»la, «məcburiyyət»i
– «zorunda qalmaq»la, «müzakirəni» «dartışmaq»la əvəz etmək kimə və nəyə
lazımdır? Axı «basım», «zor», «dartışma» sözlərinin öz mənaları var. «Müzakirəyə»
«dartışma» deyilərsə, bəs «dartışmaya» nə deyirlər? Müzakirə? Siyasət
olub «politika», «mədəniyyət» – «kültür» və s.
Bütün bu və minlərlə bu növ əməllər dili çirkləndirməkdən,
eybəcərləndirməkdən başqa heç nəyə «xidmət» eləmir.
Bir baxın, eşidin, görün sumer-türkün dilinin misilsiz gözəlliyini
erməni necə murdarlayıb: savadlı olub «okuryazar», tənqid – «eleştirmə»,
tayı (bərabəri) olmayan – eşiyok, həll etmə – «çözmə», bərabər – «eşit»,
təfsilat – «ayrıntı», xudahafiz – «allahaismarladıq»...
Xeyli miqdarda türk sözü də erməninin «döşünə yatmayıb».
Onları eləyib «avropasayağı». Hətta avropa sayağı (türk) sözünü də
fransızlaşdırıb – «alafranqa» («a la franse» demək istəyir). Turşu olub
«asit», ev – «apartman», rəssam – «amator», hüquq sözünü atıb, deyir – «haqq».
Axı haqqın özünün öz mənası var. Deməli dili «hüquq» sözündən məhrum
edib. «Nazir» sözünü eləyib «bakan». «Bakan» isə biz mala deyirik. «Nazir»
istilahdır, termindir və bu əlavə söz vacibdir.
«Əvəllcə» sözünü eləyib «öncə». «Əvvəlcə» sözündən əvvəlki, əvvəla,
əvvəllər, əvvəl, əvvəlinci, əvvəldə... sözləri alınır, «öncə»dən –
alınmır.
Ərəb sözü «məktəb»i eləyib «okul». Həmin ərəbin həmin kökdən gələn «kitab»,
«məktub» sözlərini isə saxlayıb. Bu hansı məntiqdir? Görünür, erməni «məntiqi».
Müalicə əvəz edilib «kür» sözü ilə. O da düzgün götürülməyib, belə ki,
müalicə almanca «kür» yox, «Kur»dur. Kür isə «seçki» deməkdir.
Bəs bizim Kür çayımız necə olacaq? Dünyanın qəbul etdiyi Kür sözümüzün
mənası indi nə olsun? Müalicə? Qolbudağı kəsilmiş türk dilinə indi
doğrudan da «müalicə» lazımdır.
Atatürk sözü türk dilindən çıxardılıb! Erməninin «yaratdığı» erməni «türkcəsi»ndə
ata sozü yoxdur. Ataya deyir «baba». Niyə?
Royala deyir: «Kuyruklu piano». Görəsən erməninin türk dilinə
yapışdırdığı guyruq uzun olub, yoxsa özünün kəsilməmiş qulağı?
Beləcə, dili veriblər erməninin qıllı əlinə, ora-burasını kəsib atıb,
əvəzinə santexnik səviyyəsində yeni protez dil düzəldib, qoyub türkün
ağzına.
Bu əcayib əməli düşünürəm, ürəyim ağrıyır...
Bəs türk ziyalıları, alimləri, mütəxəssisləri nə düşünüblər? Təbii
surətdə türk dilinə gəlmiş ərəb, fars və hətta türkün öz sözləri türk
ziyalılarının xoşuna gəlməyib, onlar bundan «xəcalət» çəkiblər. Qulaqlı
erməninin «yaratdığı» quyruqlu dildən isə xəcalət çəkmirlər. Çəkəcəklər!
Sabah ermənilər dünyaya yayacaqlar ki, «barlar türkün heç dilidə yox idi,
«türk» dilini biz yaratmışıq!»
Heyif o dilə... Osmanlı türkünün sumerdən gələn 100 əsrlik gözəl və
səlis, zəngin və dolğun lisanına – Mahmud Qaşqarlının, Yunis İmrənin,
Məhəmməd Füzulinin, Ziya Göyalpın, Rəşad Nurinin, Hüseyn Cavidin, böyük
Atatürkün o cazibədar və hökmdar dilinə...
XIX əsrdə azərtürk mütəfəkkir vətənpərvəri Mirzə Fətəli Axundzadənin
təklif etdiyi latın əlifbasını Türkiyədə qəbul etmədilər – onu az qala
dəyənəklə qarşıladılar. Sonra anladılar, qəbul etdilər.
Mənim türk qardaşlarım! İndi, XXI əsrdə gəlin qoca Saleh Bəyin sözünü
eşidin, qəbul edin, qayıdın öz türk dilimizə. Bu çətindir, bilirəm,
fəqət, müqəddəs dərəcədə vacibdir və hələ ki, mümkündür. İndi eləməsəniz
sonra daha çətin olacaq. Gələcək türk nəsillərinə xəcalət mənbəyi, türk
dünyasının birləşməsində və inkişafında isə əbədi əngəl olacaq özgə,
erməni-«türk» dilinin qalmasına yol verməyin. Qoy türk millətimiz, bütün
türk dünyası öz sumer-türk dili ilə dünya önündə fəxr eləsin! Bu, həm də
qardaşınız, 50 milyonluq azərtürk xalqı ilə sizi tam birləşdirər.
«Bir millət – iki dil» yaramır, «bir millət – bir dil»
olmalıdır. Türk dünyasının birliyi və səadəti vahid dillə başlayacaqdır.
Bizim azərtürk dilmizi də «türkləşdirməyə» başlayıblar: «öncə», «zorunda
qalma», «kültür», «basım» və digər sözləri işlədirlər. Bunu edənlər
kimlərdir? Öz burnundan o yanı görməyən kəmsavadlar.
Bu əməl təkcə subyektiv insani amillərə görə deyil, həm də obyektiv –
siyasi, iqtisadi və coğrafi səbəblərə görə yolverilməzdir. Dilin
toxunulmazlığı, ona süni müdaxilənin yolverilməzliyi bu gün azərtürk
dilinin timsalında xüsusilə kəskin hal alır. Nəyə görə? Yalnız iki amili
qeyd edirəm:
1. Dünyanın ən qədim – sumer dilindən yadigar qalan azərtürk dili,
ermənin «yapdığı» «islahat»dan əvvəlki osmanlı-türk dili həmçinin, qeyd
etdiyim kimi, öz qrammatikasının mütləq təkmilliyinə görə bütün müasir
və qədim dillər içərisində müstəsnadır. Ən qədim, bütün müqəddəslərin
hamısından ulu olan bu dünya yadigarını, bəşərin relikviyasını dəyişməyə
heç kimin mənəvi ixtiyarı yoxdur, buna heç bir alimin elmi və idrakı
çatışmaz. Bu, dilə süni müdaxilə, türk millətinin, bütün bəşəriyyətin
çox böyük, ən böyük naliyyətinə, 12 min il yaşamış, inkişaf etmiş,
cilalanmış bu canlı dünya sərvətinə qarşı qəsd olardı. Heç bir türk, heç
bir vicdanlı insan belə bir qəddar cinayətə yol verə bilməz! Belə qətlə
yalnız iblisin əli qalxa bilər.
2. Öz coğrafi vəziyyətinə görə, türk xalqlarının yaşadığı ərazinin
ortasında yerləşən, sumer-türk dilinin daşıyıcı-xəzinədarı Azərbaycan öz
dili ilə bir tərəfdən Kiçik Asiya, digər tərəfdən isə Orta Asiya və
Rusiya türkləri ilə bilavasitə ünsiyyət imkanına malikdir. Odur ki,
bütün türk milləti yalnız ən təmiz saxlanmış, ən təkmil türk dilini –
azərtürk dilini ümumi ünsiyyət dili kimi istifadə edə bilər. Bu isə türk
dünyasının siyasi yaxınlaşması, onun mədəniyyətinin və iqtisadiyyatının
gələcək inkişafı üçün çox vacib, bəlkə də birinci dərəcəli amil olardı.
Ümid edirəm və əminəm ki, türk xalqlarının dərrakəli nümayəndələri
toplaşıb bu böyük və vacib məsələni müzakirə edəcək və görəcəklər:
azərtürk dili ümumi və bağlayıcı – mərkəzi dil kimi qəbul edilməli,
ondan bütün türk millətimiz bəhrələnməlidir.
Bu, mənim ən böyük arzum, ümdə vəsiyyətimdir.
Qarabağlı Saleh Bəy, professor |