|
AZERBAYCAN
SEMKIR
TARIX
MELUMAT
FOTOLAR
GALLERY
ELANLAR
ANASEHIFE
Eziz sayt ziyaretcileri saytda gormek
istediyiniz movzulari yaza bilersiz.
sistepe@yahoo.com
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR

| |
AZERBAYCAN
Canim menim
Dünyanın ən füsünkar guşələrindən biri olan Azərbaycan zəngin mədəniyyətə və
qədim tarixə malik olan dövlətdir.
Üç tərəfdən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları,bir tərəfdən də dünyanın
ən böyük gölü olan Xəzər(dəniz sahəsi 400000 km², dərinliyi 1025 km) ilə əhatə
olunan Azərbaycanı «Odlar yurdu» adlandırırlar.Təbiət doğma Azərbaycandan öz
səxavətini əsirgəlməmişdir. Yer kürəsində mövcud olan on bir(11) iqlim
qurşağından doqquzunun Azərbaycanda olması ölkəmizin flora və faunasının
rəngarəngliyində özünü göstərir.Vətənimizin meşə, dağ və düzənliklərində 97 növ
məməli heyvan, 346 növ quş, göl və çaylarında 95 növ balıq məskən salmışlar.
Bunların bir çoxu nəsilləri tükənməkdə olan heyvan və bitki növləri kimi Qırmızı
kitaba salınmışdır.

Coğrafi mövqeyi - Azərbaycan Respublikası Cənubi Qafqazın Şərq hissəsində
Xəzər dənizi sahillərində yerləşir. Azərbaycan cənubdan İran ilə 756 km, Türkiyə
ilə 13 km, şimaldan Rusiya ilə 390 km, şimal –qərbdən Gürcüstan ilə 480 km,
qərbdən isə Ermənistan ilə 1007 km, həmsərhəddir.Xəzər dənizinin Azərbaycan
sektorunda ən enli sahəsinin uzunluğu 436 km-dir. Azərbaycan 44° və 57° şərq
uzunluq dairəsi, 38° və 42° -şimal
en dairəsindədir.
İqlimi - Azərbaycan ərazisində 11 iqlim nümunəsindən aşağıda adları
sadalanan 9 iqlimə rast gəlinir:
1. Qışı quraq keçən mülayim isti iqlim- Şəki-Zaqatala massivində yayılmışdır.
2. Qışı mülayim, yayı quraq və isti yarımsəhra və quru çöl iqlimi-Əsasən Mərkəzi
Aran vilayətində, Samur-Dəvəçi ovalağında və talış silsiləsindən şimal-şərqə
yayılmışdır.
3. Qışı soyuq,yayı quraq və isti yarımsəhravəquru çöl iqlimi—Naxçıvan Muxtar
Respublikasında müşahidə edilir.
4. Yayı quraq keçən mülayim isti iqlim- Kiçik Qafqazda füzuli,Xocəvənd rayonları
ərazisində,Dağlıq Şirvanla Qobustan sərhədi zonasında hakimdir.
5. Qışı quraq keçən soyuq iqlim—Böyük Qafqazda Quba-Xaçmaz massivinin şimal
hissəsinin, Kiçik Qafqazda isə onun yüksək zonasının əhatə edir.
6. Yayı quraq keçən soyuq iqlim----Naxçıvan Muxtar Respublikasının 1000m-dən
3000m-ə qədər hündürlükdə olan orta və yüksək dağ zonasını əhatə edir.
7. Yağıntıları demək olar ki,butun fəsillər üzrə bərabər paylananmülayim isti
iqlim---Böyük Qafqazın şimal-şərq yamaclarında dəniz səthindən 200-800 m
hündürlükdə yerləşən böyük bir sahədə,cənub yamaclarında isə 600m-dən 1500m
hündürlüyə qədər ensiz bir zolaqda yayılmışdır.
8. Yağıntıları bütün fəsillər üzrə bol olan soyuq iqlim—Ancaq Böyk Qafqazın
cənub yamaclarında yayılmışdır.
9. Dağlıq tundra iqlimi—Böyük və Kiçik Qafqazda dəniz səthindən 2800 m
yüksəklikdən hündürdə yerləşən yüksək dağ zonası
Təbiəti -Azərbaycan təbiəti öz rəngarəngliyi ilə seçilir. Ölkədə olan 14
qoruq və 20 yasaqlıq dövlət tərəfindən qorunur və himayə olunur.
1. Kür-Araz ovalığının Mil düzənliyində yerləşən Ağ göl dövlət qoruğu,
2. Xızı rayonu ərazisində yerləşən Altıağac dövlət qoruğu,
3. Ermənitsan təcəvüzkarlığı nəticəsində işğal olunan Bəstiçay dövlət qoruğu,
4. Samux rayonunda yerləşən Göygöl dövlət qoruğu,
5. Lənkəranda yerləşən Hirkan dövlət qoruğu,
6. Böyük Qafqazın cənub yamaclarında yerləşən İlisu dövlət qoruğu,
7. İsmayıllı rayonu ərazisində yerləşən İsmayıllı dövlət qoruğu,
8. Ermənitsan təcəvüzkarlığı nəticəsində işğal olunan Qaragöl dövlət qoruğu,
9. Kür çayı sahillərində yerləşən Qarayazı dövlət qoruğu
10. Xəzər sahilinin cənub-qərbində yerləşən Qızılağac dövlət qoruğu
11. Şamaxı yaxınlığında yerləşən Piriqulu dövlət qoruğu
12. Şirvan zonasında yerləşən Şirvan dövlət qoruğu,
13. Böyük Qafqazın cənub yamaclarında yerləşən Türyançay dövlət qoruğu,
14. Zaqatalada yerləşən Zaqatala dövlət qoruğu,
Ərazisi - Azərbaycan Respublikasının ərazisi 86,6 min km²-dir. (11,5 %-in
meşələr, 1,6 %-in su hövzəsi, 50%-in becərilən torpaqlar, o cümlədən 27%-in
otlaqlar, 36,9%-in sair torpaqlar təşkil edir). Torpaqlarımızın təxminən 20%-i
işğal altındadır.
Ölkədə bir inzibati ərazi vahidi –Naxçıvan Muxtar Respublikası, 69 şəhər, 65
rayon, şəhər rayonlarının sayı 13, şəhər tipli qəsəbələrin sayı 130, kənd
yaşayış məskənlərinin sayı 4354 –dür.
Əhalisi-Azərbaycan Respublikasının əhalisinin sayı 2005-ci ilin yanvar ayının
1-nə görə 8347.3 min nəfər təşkil edir.Bunlardan 85%-dən çoxunu azərbaycanlılar,
digər hissəsini isə ləzgilər, talışlar, kürdlər, avrlar, ruslar və digər azsaylı
xalqlar təşkil edir.
Dövlət qurluşu — Prizident üsul- idarəli Respublika.
Dövlət dili - Azərbaycan dili- Turk dilləri qrupuna aiddir
Dini — İslam (Ölkədə din dövlətdən ayrıdır)
Pul vahidi — Manat
Paytaxtı - Bakı şəhəri
Iqtisadiyyat - XXI əsrdə dünya iqtisadi proseslərinin qloballaşdırılması
şəraitində Azərbaycan iqtisadiyyatın dörd seqmentinin - yanacaq-energetika
ehtiyatları, ölkənin tranzit imkanları, kənd təsərrüfatı və onunla bağlı sənaye
kompleksi, Azərbaycan regionlarının istifadə olunmamış əmək və iqtisadi
imkanlarının maksimum dərəcədə iqtisadi dövriyyəyə cəlb olunmasını özünün
strateji məqsədi hesab edir.
1994-cü ilin sentyabrında Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin birgə kəşfiyyatına
və işlənilməsinə dair "Əsrin müqaviləsi" adlandırılan saziş bağlamışdır.
Sərmayə axınının artması Azərbaycanın regionlar arasında kommunikasiya
əlaqələrinə inteqrasiyası prosesini daha da sürətləndirir. Hökumətin yaxın illər
üçün iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri iqtisadi vasitələrdən
istifadə etməklə, bütün sənaye potensialını tam həcmdə iqtisadi dövriyyəyə cəlb
etməkdir. Bundan əlavə, yoxsulluq səviyyəsinin azaldılması çərçivəsində
Azərbaycan bölgələrinin istifadə olunmamış potensial imkanlarının iqtisadi
dövriyyəyə cəlb olunması üzrə tədbirlər görülməsi nəzərdə tutulur.
Ölkədə hazırkı ictimai-siyasi sabitlik, açıq vətəndaş cəmiyyətinin yaranmasını
təmin edən siyasətin gerçəkləşdirilməsi strateji məqsədə - yaxın illərdə
Azərbaycanı, hər bir vətəndaşına layiqli həyat səviyyəsi, gələcəyə inam təmin
etməyə qadir qüdrətli dövlətə çevirmək məqsədinə nail olmaq.
|